Ayan zibilliyə atılan körpə ilə - foto

Ayan zibilliyə atılan körpə ilə - foto
Xəbərlər
10.09.2017 99
İki gün öncə Bakıda zibil qutusunda yeni doğulmuş, 26 günlük körpə tapılması xəbəri hər kəsi təəssüfləndirmişdi.
Qadınlar.Biz-in məlumatına görə, tapılan zaman üzərində adının da qeyd  olunduğu körpənin vəziyyətinə müğənni Ayan Babakişiyeva da biganə qalmayıb.
O, sosial şəbəkədə balaca qızla fotosunu paylaşaraq baş verən hadisədən təəssüfləndiyini qeyd edib:

"Balaca körpənin zibillikdən tapılma xəbərini oxudum və mənə çox pis təsir etdi. Bir az öncə xəstəxanada yanında idim. Qardaşım Samir də durmadan mənə zəng edib, Nərminin yanına getməyimi istəyirdi. Çünki özü İstanbulda yaşadığından ona əli çatmır. Əsas övlad dünyaya gətirmək deyil. Ana olmaq üçün onun məsuliyyətini hiss etmək lazımdır. Qaldı ki, körpənin baxımına, çox yüksək səviyyədə qulluq olunur. Çox sağolsunlar, Allah heç bir körpəni valideynsiz etməsin və onları qorusun”.

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!