"Heç kim deyə bilməz ki, Rəqsanə nə vaxtsa siqaret çəkib" - açıqlama

Xəbərlər
10.09.2017 26
Bu gün mətbuatda gedən araşdırma yazıda siqaret çəkən şou nümayəndələrinin adları açıqlanmışdı.
Onların sırasında müğənni Rəqsanə İsmayılovanın da adı hallanıb. Haqqında yazılan məlumatı yanlış adlandıran Rəqsanə bunları açıqlayıb:
"Peşəsindən asılı olmayaraq, siqaret çəkən xanımların bu asılılığına normal yanaşıram. Kimin ürəyi istəyir, siqaretini çəkir. Amma mən bu günə qədər nə siqaret çəkmişəm, nə də spirtli içki qəbul etmişəm. Bunlar heç vaxt məni özünə cəlb etməyib. Siqaretin qoxusunu sevmirəm. Nə qədər bahalı ətirlər istifadə etsən belə, siqaretin qoxusunu ört-basdır eləmək mümkün deyil. Heç kim də deyə bilməz ki, Rəqsanə nə vaxtsa siqaret çəkib. Bir müddət qəlyan qəbul edirdim. Həkimin tövsiyəsindən sonra 3-4 ay olar ki, qəlyanı atmışam”.
(axsam az)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!