Oksananın 5 aylıq zəhməti - FOTO

Oksananın 5 aylıq zəhməti - FOTO
Xəbərlər
10.09.2017 15
Qadınlar.Biz milli.az-a istinadən bildirir ki, rəqqasə Oksana Rəsulova maraqlı bir layihəyə imza atıb.
Fərqli bir tərzdə qədim hind filmlərinə müraciət edən Oksana yeni fotosessiyasını təqdim edib.
Yeni fotosessiyası üçün 5 ay hazırlaşan rəqqasənin eksklüziv açıqlamasını təqdim edirik:
"Bu fotosessiya ağlımda çoxdan var idi, ancaq 5 ay hazırlaşdım, çünki dərzim Xuraman xanım ilə bir yerdə bu gözəl libasları kəşf etdik və ideya mənə məxsusdur.
Bu fotosessiyamda qədim hind filmlərində gördüyümüz qadın obrazlarını canlandırmaq istədim  və bu işdə Xuraman xanım mənə yaxından dəstək oldu.
Çəkilişin az hissəsi studiyada, çox hissəsi isə Milli Tarix muzeyində çəkilib.
Bu arada oranın rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yeni fotoproyektin adı "Keçmiş əsrin hind qadınları"-dır.
Bu proyektdə çox peşəkar fotoqraf Fərhad Əli işləyib və işindən çox məmnunam. Təbii ki, stilistim Nura xanım hər zaman olduğu kimi mənim yanımda oldu.

Hər kəsə öz təşəkkürümü bildirirəm. Bilirəm ki, valideynlərimizin zamanında hind bədii filmlərinə böyük maraq olub deyə, bu fotosessiyamı onlara həsr edirəm".

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!