Mehriban Əliyevaya Afinada mükafat verildi - fotolar

Mehriban Əliyevaya Afinada mükafat verildi - fotolar
Xəbərlər
10.09.2017 40
İyunun 16-da Afinada Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılarının 54-cü beynəlxalq sessiyasının açılış mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib.
Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı qarşılayıb.
Mərasim Olimpiya himninin oxunması ilə başlayıb.
Akademiyanın prezidenti İsidoros Kuvelos mərasimdə çıxış edərək Olimpiya hərəkatının inkişafına göstərdiyi xüsusi diqqətə görə Mehriban Əliyevaya minnətdarlıq edib.
Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos gələn il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi edəcəyini xatırlatdı və bununla əlaqədar yaradılan Təşkilat Komitəsinə Mehriban Əliyevanın sədrlik etdiyini söyləyib.
Sonra Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə Azərbaycanın birinci xanımına Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı təqdim olunub.
Mükafatı Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos təqdim edib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edərək ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya Oyunlarında qazandıqları uğurlardan danışıb. Birinci xanım gələn il Azərbaycanda ilk Avropa Oyunlarının uğurla keçiriləcəyinə əminliyini bildirib.
Sonra Yunanıstanın mədəniyyət və idman naziri Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək yüksək mükafata layiq görüldüyünə görə Mehriban Əliyevanı təbrik edib.
Mərasim konsert proqramı ilə davam edib.

Mənbə: AzərTac
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!