Həyat yoldaşı Turandan yazdı: "Hamı onu acıdil kimi tanıyır"

Həyat yoldaşı Turandan yazdı:
Xəbərlər
10.09.2017 29
Vizajist Nərmin İbrahimova İnstaqram səhifəsində həyat yoldaşı, ATV-nin aparıcısı Turan İbrahimov haqqında yazıb.
Qadınlar.Biz-in məlumatına görə, Nərmin hamının acıdil adlandırdığı həyat yoldaşının ünvanına təriflər yağdırıb:
"Mənə hər zaman işimdə dəstək oldu, pisliklərdən qorudu. Ən əsası isə, oğlumu və məni sevdi, sevindirdi. Turanı çoxları acıdil kimi tanıyır. Düzdür, həqiqəti üzə deməyi üstün tutur. Çünki heç kimin arxasınca danışmağı sevmir. Onun ürəyi o qədər təmizdir ki... Eyni zamanda da kövrəkdir. Bu insan qarışqanı belə əzməz. Məni incitməz, bəzən istəmədən incitsə belə, könlümü alır. Ailəsini hər şeydən və hər kəsdən üstün tutur. Bilir ki, işimi çox sevirəm. Ona görə də, mane olmur. Allah Turanı bizə çox görməsin”.

Qeyd edək ki, Turan və Nərmin cütlüyünün Ömər adlı oğlu var.

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!