Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib - foto

Azərbaycan gözəli qrup yoldaşını xəstəxanalıq edib - foto
Xəbərlər
10.09.2017 20
"Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovanın xuliqanlıq maddəsi ilə 4 il icbari iş alması və bu səbəbdən ölkə xaricinə çıxışına qadağa qoyulması haqda məlumat vermişdik.
Azərbaycan gözəlinin törətdiyi cinayətin təfərrüatları haqda AzVision.az saytına ilginc məlumat daxil olub.
C.Qurbanova ilə eyni qrupda təhsil alan Fərid Mansurov özü saytımızla əlaqə saxlayaraq Azərbaycan gözəli ilə bağlı bəzi məlumatları diqqətə çatdırıb.
F.Mansurov bildirib ki, o, Bakı Dövlət Universitetinin Fizikia fakültəsində C.Qurbanova ilə bir qrupda təhsil alıb. Onun sözlərinə görə, C.Qurbanova ilə tələbə yoldaşı kimi münasibətləri normal olub. Ta 2011-ci ilin may ayının 31-nə kimi..

Həmin gün F.Mansurovla C.Qurbanova arasında mübahisə düşür. Mübahisə zamanı C.Qurbanova əlindəki qələmlə F.Mansurovun gözünə zərbə endirir.
"Cavidanla həmin gün aramızda kiçik mübahisə olmuşdu. Ondan yarım saat keçməmiş qələmlə şahidlərin yanında gözümə vurdu və qan töküldü. Bundan sonra mən 15 gün xəstəxanada yatdım. Ailəm məsələ ilə bağlı Yasama rayon Polis İdarəsinə müraciət etdi. Lakin məsələ araşdırılmadı. Bununla bağlı biz daxili işlər naziri Ramil Usubova və Heydər Əliyev Fonduna müraciət etdik. Bundan sonra iş Yasamal rayon Məhkəməsinə göndərildi. 2011-ci ildən 2013-cü ilə qədər məhkəmədə cinayətlə bağlı qərar qəbul edildi və ona 4 il icbari iş verildi”.
F.Mansurov bildirib ki, o və ailəsi bu qərardan razı deyillər və Apellyasiya Məhkəməsinə müraciət edəcəklər.
Məlumat üçün qeyd edək ki, Fərid Mansurov məhkəmə sənədlərini təqdim edəcəyini bildirib.
C.Qurbanova barəsində hadisə ilə bağlı Cinayət Məcəllləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq, silah və ya silah kimi istifadə olunan əşyalardan istifadə ilə törədildikdə) cinayət işi açılıb.
Qeyd edək ki, "Miss Azerbaijan 2014” gözəllik müsabiqəsinin qalibi Cavidan Qurbanovaya ölkədən kənara çıxmağa qadağa qoyulub. C.Qurbanovanın icbari iş almasından "Miss Azerbaijan 2014” müsabiqənin təşkilatçıları da xəbərsiz olub. Hazırda Azərbaycanı "Bəşəriyyət gözəli 2014” (Miss Universe 2014) müsabiqəsində kimin təmsil edəcəyi sual altındadır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!