Xalq artistinin qızı boşandı - FOTO

Xalq artistinin qızı boşandı - FOTO
Xəbərlər
10.09.2017 52
Xalq artisti Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva həyat yoldaşından ayrılıb.
Qadınlar.Biz bildirir ki, bir müddətdir boşanan cütlük hadisəni mediadan gizli saxlamağa çalışıb.
Flora Kərimova əməkdaşımızla söhbətində məlumatı təsdiqləyib. O deyib ki, bu barədə geniş danışmaq istəmir:
"Bəli, doğrudur. Amma məsələnin heç kimə aidiyyatı yoxdur. Mən anayam, sizin sualınızı cavablandırmaq mənə çətindir. Rica edirəm, bununla bağlı daha heç kim mənimlə əlaqə saxlamasın”.
Qeyd edək ki, Zümrüd və Nazim 10 ilə yaxındır evli olublar. Onların bu izdivacdan övladları dünyaya gəlməyib.

Keçmiş kürəkən isə iyunun 28-də yenidən ailə həyatı qurmağa hazırlaşır. O, Bakıda, restoranların birində baş tutacaq toyuna şou-biznesin tanınmış nümayəndələrini də dəvət edib.

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!