Xəyanətinin üstü açılmasın deyə məşuqəsini öldürdü

Xəyanətinin üstü açılmasın deyə məşuqəsini öldürdü
Xəbərlər
10.09.2017 28
Münasibətimizi həyat yoldaşıma deyəcəyi ilə şantaj edirdi
Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinən Oqtay Nəcəfovun məhkəməsi keçirilib. Təqsirləndirilən şəxs 2011-ci il sentyabrın 14-də Səbail rayonu Badamdar qəsəbəsində 34 yaşlı İradə Rzayevanı bıçaqlayaraq öldürüb.
Teleqraf.com-un xəbərinə görə, dindirmə zamanı Oqtay Nəcəfov törətdiyi əməli etiraf edib. O, qətl törətməsini mərhum İradə Rzayevanın onu ailəsi ilə şantaj etməsi ilə əsaslandırıb. Oqtay və İradə bir neçə il əvvəl bir marketdə satıcı işləyiblər. Ailəli olan satıcılar mütəmadi görüşməyə başlayıblar. Lakin sonradan Oqtay ondan ayrılmaq istədiyini deyəndə 34 yaşlı İradə ayrılmamaq üçün münasibətləri barədə arvadına xəbər verəcəyi ilə onu hədələyib.
Məsələyə son qoymaq üçün Oqtay İradə ilə görüş təyin edib. Ərinə çörək almağa getdiyini deyərək, evdən çıxan qadın qonşu məhəllədə sevgilisi ilə görüşüb. Söhbət zamanı məşuqlar arasında mübahisə düşüb. Nəticədə Oqtay məşuqəsini bıçaqlayaraq öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Nəcəfov 14 il müddətinə azadıqdan məhrum edilib. Hökmdən narazı qalan Oqtay Nəcəfov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, mərhumun şantajlardan bezdiyi üçün öldürüb. O, barəsində daha yüngül cəzanın çıxarılmasını istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçən prosesdə Oqtay Nəcəfovun vəkili vəsatətlə çıxış edib. O, deyib ki, Oqtay Nəcəfov cinayəti törədərkən anlaqlı olmayıb, onun əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Vəkil Oqtay Nəcəfovun barəsində məhkəmə tibbi ekspertizasını təyin olunmasını istəyib. Hakimlər vəsatəti təmin ediblər və Oqtay Nəcəfovun barəsində Məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə qərar qəbul ediblər. Ekspertiza rəy verənə kimi məhkəmə iclası təxirə salınıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!