"Toyuna çağırsaydı, gedərdim"

Xəbərlər
10.09.2017 14
"Möhtəşəm yüz il” serialında Mihrimah Sultan rolunu canlandıran türkiyəli aktrisa Pelin Karahan və biznesmen Bədri Güntayın ailə qurması barədə xəbər vermişdik.
Qadınlar.Biz-in "Hürriyət”ə istinadən məlumatına görə, 400 nəfər qonağın iştirakı ilə baş tutan toyun sonunda aktrisa "biz, artıq üç nəfərik” deyə bildirib.
Qeyd edək ki, Pelin Karahanın toy mərasimi atası Bayram Əli Karahanla olan münasibətlərini də yenidən gündəmə gətirdi. Gənc aktrisa illərdir, görüşmədiyi atasını toyuna çağırmadı. Bu məsələyə münasibət bildirən Bayram Əli qızına xoşbəxtlik arzu edib:
"Toyundan xəbərim var. Mənim getməyim elə də önəmli deyil. Toyuna çağırsaydı, gedərdim. Xoşbəxt olsun!”.
Xatırladaq ki, media Bayram Əli Karahandan ilk dəfə 2011-ci ildə xəbər tutmuşdu. O, qızının ondan qəsdən gizlədildiyini iddia etmişdi: "İllərdir, Pelinin anası onu məndən gizlədib. Qızımı tapanda artıq məşhur biri idi və "şöhrətimə görə mənimlə görüşmək istəyir” deyə fikirləşməməsi üçün yanına getmədim”.

Aktrisa isə bu iddiaya cavabında "mənim atam yoxdur. İlk dəfə onu 17 yaşımda görmüşəm. Mənimlə görüşmək üçün heç bir cəhd göstərməyib” deyib.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!