Gülüş ustası Kamal Sunalın ölümündən 14 il keçir

Gülüş ustası Kamal Sunalın ölümündən 14 il keçir
Xəbərlər
10.09.2017 6
Bü gün Türkiyənin məşhur komediya ustası Kamal Sunalın ölümündən 14 il keçir.



Qadınlar.Biz-in məlumatına görə, türk kinosunun tanınmış siması oynadığı rollarla indi də tamaşaçıların qəlbində yaşayır. Çəkildiyi filmlərdə, adətən saf, təmizürəkli obrazları canlandıran K.Sunal ümumilikdə 82 ekran işində iştirak edib. Kino karyerasına "Şirin dilim" (1972) filmindəki köməkçi rolu ilə başlayan aktyor iki il sonra "Salako"da əsas qəhrəman kimi izləyicilərin qarşısına çıxıb. Sonuncu filmi isə "Propoqanda" (1999) olub.



Qeyd edək ki, 2000-ci ildə "Balalayka" filmində baş rola çəkilmək üçün Trabzona yollanan gülüş ustası təyyarədə infarkt keçirərək dünyasını dəyişib. Kamal Sunal fobiyası olduğundan, həmin ilə qədər heç vaxt təyyarəyə minməmişdi və bu uçuşa da çətinliklə razı salınmışdı.



Aktyor 56 yaşında vəfat edib.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!