İki atanın oğlu doğuldu - FOTO

İki atanın oğlu doğuldu - FOTO
Xəbərlər
10.09.2017 11
"Məhəbbətin, sevginin məkanı, mənsubiyyəti olmur. Övladımızın dünyaya gəlişi bizi həddən artıq sevindirir. Şadam ki, ailəmizin yeni üzvü var".

Frenki Nelson bunu deyərkən kövrəlib, ağlayıb.



Frenki Nelson və BJ Beron homoseksuallardır. Onlar iki ildən bəri qeyri-rəsmi nikahda yaşayırlar.

Frenki Nelsonun dediyinə görə, övlad sahibi olmaq qərarına gələndən sonra donor anaya müraciət ediblər.

Onların övladlarını da surroqat ana dünyaya gətirib.



Milo adı verilmiş oğlanın dünyaya göz açdığı anları kanadalı fotoqraf Lindsi Foster çəkib.

Milonu qucağına almış Beron ağlayırdı.



"Bu atalar oğullarının doğuşuna hazırlaşmışdılar. Hospitalın ginekologiya bölməsində doğuşu saatlarla gözlədilər. Emosional baxımdan hazır olduqlarını deyirdilər. Amma Milonu qucağına alanda Beron ağladı. O, hisslərini gizlədə bilmədi", - L.Foster deyib.


 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!