Mehriban Əliyeva və qızları Kannda – fotolar

Mehriban Əliyeva və qızları Kannda – fotolar
Xəbərlər
10.09.2017 17
Fransanın Kann şəhərində "Azərbaycan mədəniyyəti günləri” çərçivəsində "Bakı - Avropa Oyunları - 2015”in təntənəli təqdimatı olub.



Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Tədbirin aparıcısı mərasim iştirakçılarına Azərbaycan, onun tarixi və mədəniyyəti haqqında məlumat verib, zəngin mədəni dəyərlərə malik olan  ölkəmizin təxminən 1 ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi edəcəyini vurğulayıb.



Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf etdiyini bildirib.



Mərasimdə "Bakı - Avropa Oyunları - 2015”ə həsr edilən videotəqdimat olub.



Sonra "Bakı - Avropa Oyunları - 2015”in təqdimatına həsr edilmiş ziyafət baş tutub. Mərasimdə Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.



Gecədə prezident İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar da iştirak edib.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!