Günay: "Zaurum, çox darıxacam sənsiz" - FOTO

Günay:
Xəbərlər
10.09.2017 23
Zaur məşhur bir yarışa qatılmaq məqsədi ilə ölkəni tərk etdi.



Qadınlar.Biz xəbər verir ki, ötən gecə Zaur Baxşəliyevin həyat yoldaşı Günay İnstagram hesabında maraqlı bir yazı paylaşıb. O, həyat yoldaşının dünyanın maraqla gözlədiyi "Fort Boyard” yarışmasında ikinci mövsüm bir daha aparıcı olaraq çıxış etməsi ilə əlaqədar dünən gecə bir çox yerli məşhur simalarla birgə müvəqqəti olaraq Azərbaycanı Fransaya "dəyişmək” məcburiyyətində qaldığı üçün məhz bu yazını Zaurla "ayrılığına” həsr edib:



"Zaurum, çox darıxacam sənsiz, çox. Həm mən, həm də "ata” sözü dilindən düşməyən balamız. Allah yolunu açıq etsin. Sən ki sidq qəlbdən bu qədər yaxşılıqlar edirsən, bu qədər insana kömək əlini uzadırsan, Allah daim səni nəzərində saxlasın! Uğurlarına baxıb sevinirəm.



Əfsanəvi "Fort Boyard” yenə səni gözləyir. Sağ-salamat gedib qayıdasan, inşallah. P.S: Fransaya gedib "fransuzski” ətirsiz qayıtmaq günah olar”.



Qeyd edək ki, ötən ilin bu günlərində olduğu kimi, bu il də "Fort Boyard" yarışmasının aparıcılığı ATV telekanalının iki məşhur siması Zaur və Mətanətə həvalə edilib.


 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!