Məşhurların Fransa gəzintisi – fotolar

Məşhurların Fransa gəzintisi – fotolar
Xəbərlər
10.09.2017 9
Sənət aləminin tanınmış simalarının dünən Fransaya yola düşmələri ilə bağlı xəbər vermişdik.



Qadınlar.Biz-in məlumatına görə, "Fort Boyard” yarışmasında iştirak edəcək tanınmışlar əvvəlcə şəhər gəzintisinə çıxıblar. Eyfel qülləsi qarşısında şəkillər çəkdirən tanınmışlar onları sosial şəbəkədə yerləşdirib.



Qeyd edək ki, yarışmada ATV telekanalının aparıcıları Afaq Gəncəli, Nərgiz Vahabqızı, Günay Firudinqızı, Kəmalə Piriyeva, Rüfət Ağayev, Kamilə Babayeva, aktyorlar Elşən Orucov, Ramin Babayev, Fərda Xudaverdiyev, əməkdar artist Vəfa Zeynalova, müğənni Günay İbrahimli, Nadir Qafarzadə, Xəyyam Nisanov, Elnur Məmmədov, Rəqsanə İsmayılova, Samir Cavadzadə, Elmir, rejissor Fuad Əlişov və başqaları iştirak edəcək. Verilişin aparıcılığı Mətanət Əliverdiyeva və Zaur Baxşəliyevə həvalə olunub.



"Fort Boyard” yeni mövsümdən ATV telekanalında yayımlanacaq.



Fort Boyard qalasında keçirilən yarışma öz qeyri-adi oyun qaydaları ilə tanınır.

Müsabiqənin qalib komandasına böyük miqdarda pul mükafatı hədiyyə edilir. Sözügedən veriliş ötən il də çəkilmiş və ATV-də yayımlanmışdı.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!