Oksana Hindistanda məşhur yarışmaya qatıldı - video

Oksana Hindistanda məşhur yarışmaya qatıldı - video
Xəbərlər
10.09.2017 15
Üç həftə əvvəl Hindistana yol düşən rəqqasə Oksana Rəsulova səfərinin məqsədini açıqlayıb.



Qadınlar.Biz-in məlumatına görə, sənətçi orada "İndias Best Cine Star Ki Khoj” şousuna qatılıb. Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanan şouda Oksana rəqsini nümayiş etdirib.



Sənətçi müsabiqə haqqında bunları vurğulayıb:



"Yarışmanın seçim turlarına iki mindən çox adam qatılıb. Onlardan yalnız yüz nəfər "Mega audition”a seçilməli idi. Mən seçildim. Sonda üç mərhələ olacaq. Finala 12 nəfər seçilməlidir. Bundan sonra nələr olacağını "Youtube” kanalımdan izləyə bilərlər. İnşallah məndə alınar. Münsif kürsüsündə Bollivud aktrisası Sonali Bendre, aktyor Ayuşman Hurana, tanınmış rejissor Vijay Krişna Açarya əyləşib. Çox şadam ki, Azərbaycanı bütün Hindistan tanıdı. Buna görə məni təbrik edən insanlar var olsun”.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!