Qalmaqal böyüyür: "İstəyir ona özünün otel və kişi siyahısını təqdim edim?"

Qalmaqal böyüyür:
Xəbərlər
10.09.2017 10
Afaq Aslandan dəhşətli ittiham.



İki müğənni arasında qalmaqal səngimək bilmir. İki xanım ifaçılar Afaq Aslan və Günel Məhərrəmova "dur” demədən savaşıb, biri-birini daha çox təhqir ediblər.



Milli.Az bildirir ki, bir az öncə Afaqın sözlərini cavablandıran Günelin də cavabı özünü çox gözlətmədi. Qəzəblənən Afaq daha dəhşətli iddialarla çıxış etdi:



"Günel Məhərrəmovanın "filosof” çıxışını oxudum. Acığı, gülməyim gəldi. Əslində, onun kim olduğunu bütün Azərbaycan bilir. Bəzi məşhurlarımızın onunla hansı tərzdə danışmasının çox adam şahidi olub. Ümumiyyətlə, Günel nəyə güvənib belə danışır. Çox "ailəliyəm-ailəliyəm” deyir. Onun necə ərə getməsi və "yoldaşı” deyilən adamın onun kiminin dostu olmasını hər kəs yaxşı bilir”.



Geyim tərzindən söz açan Günelin bu mövzuda fikirləri də cavabsız qalmadı: "Günel hansı nümunəvi geyim tərzindən danışır ki? Oramı-buramı açmıram deyir. Onun bəyəm göstəriləcək yeri var ki? Amma onun qəşəng üzə çıxası arxivi var. İstəyir ona özünün otel və kişi siyahısını təqdim edim? Mən nə edirəmsə, göz önündədir. Özüm də subay qızam. Amma o, "ailəliyəm” deyə-deyə hər kəsi aldadır. Deyəsən, Günel xüsusi adamları üçün soyunmağı üstün tutur. Yəqin bunu da qaranlıqda edir. Bədəninin qüsurları üzə çıxmasın deyə”.



Günel Afaqın sənətindən də söz açıb. Bu mövzuya gəlincə isə: "Mənim ifam haqda sənətkarlar söz deyə bilər. Günel kimiləri isə konsertlərə, tədbirlər kimlərin xahiş və minnəti ilə gedib çıxdığını da gözəl bilirik. Kimi aldatmaq istəyir bu çıxışı ilə? O qadının bütün açıqlamaları paxıllıqdan və qısqanclıqdan irəli gəlir. Çünki 10 ildir səhnədəyəm deyir, amma elədiyi yalnız müğənnilik adı altda gizlənən başqa şeylərdir. Günelin bu sözləri yalnız xainlikdir. Çünki o anlayır ki, mən ondan daha gözəl, daha gənc, daha cazibədar və daha şanslıyam. O, 10 ildə ancaq bunları edə bilib səhnədə. Mənim gələcək 10 illikdə nələr edəcəyimi isə o qocalanda görəcək.



Oğlu var bunun. Adamın o uşağa yazığı gəlir. Böyüyüb anasının kim olduğunu bilincə, nəniki anasına bütün bəşəriyyətə nifrət edəcək. Anasına salam verən hər kişiyə ikrah hissi ilə baxacaq. Deyəcək, bu, anamın, görəsən, nəyidir. Amma mənim haqqımda soruşanda yalnız soyunur deyə bilir camaat. Bir də Günel haqda maraqlanın. Eşitdiklərinizdən ürəyiniz bulanacaq. Siz o qadının həyatda necə danışdığını görsəniz, dəhşətə gələrsiniz. Efirdə artistlik etməklə deyil ki, hər kəs sənin səviyyəni bilir. Və bu gün bunu üzünə demirlərsə, bu, o demək deyil ki, sən iddialısan. Sadəcə, kimlərsə səni aldadır. Məncə, sən zamanın olunca mənə də qulaq as. Bu sənətə mənim kimi müasir gənclər yox, sənin kimi sənəti yox başqa məharəti olan qadınlar ləkədir. Mənim karyeram hələ qabaqdadır. Amma sən indi etdiyin murdarçılıqdan başqa heç nəyə qadir deyilsən”.



Afaq son sözlərində Günelə növbəti xəbərdarlığını etdi: "Mənimlə belə yekə-yekə danışma. Nə də çarəsiz qalıb, öz adını mənə qoyma. Deyəsən, sən, güzgüyə baxıb müsahibə verirdin. Sənin hansı ayaqqabının qiyməti mənim qarderobundan bahadır? Sənin özünün ümumilikdə qiymətin 200 AZN-di”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!