"Arvadın yanımdadı, gücün çatırsa, gəl al"

Xəbərlər
10.09.2017 10
"Arvadın yanımdadı, gücün çatırsa, gəl al"Arvadının sevgilisini öldürən şəxs 18 il azadlıqdan məhrum edilib.

 

10 illik dostunu öldürən Mehmet Ateş hakim qarşısına çıxarılıb. Qəsdən adam öldürmək maddəsi ilə haqqında cinayət işi açılan Mehmet Ateş məhkəmə zamanı özünü müdafiə edərək ittihamları qəbul etməyib.

 

"Özgür məni evdən götürdü. Birlikdə maşında pivə içirdik. 20 illik arvadım məni tərk etdiyinə görə əhvalım yox idi. Mən də bunu Özgürlə bölüşdüm. O isə mənə "Mehmet, indi qadınlar yeni dostlar axtarır. Başqa insanlarla gəzmək, mesajlaşmaq istəyir. Bilirsən, sənin arvadına telefonumu və kartımı verdim. Hazırda mənim yanımdadır. Gücün çatırsa, özünə güvənirsənsə, gəl al" dedi. Eşitdiklərimə inana bilmədim. Elə o an mənə bıçaqla hücum etdi. Qolumdan yaralandım. Mən də maşındakı bıçaqla onu vurdum. Daha sonra hadisə yerindən uzaqlaşdım və polisə xəbər verdim", - deyə Mehmet Ateş özünü müdafiə edib.

 

Son sözünü deyən təqsirləndirilən şəxs daha sonra hakimin qərarı ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!