Məhşur aktrisa istirahətdə - FOTO

Məhşur aktrisa istirahətdə - FOTO
Xəbərlər
10.09.2017 23
Əməkdar artist Vəfa Zeynalova "Şou+” verilişində səyahət sərgüzəştlərindən danışıb.



Qadınlar.Biz-in məlumatına görə, gəzdiyi ölkələrdən bəhs edən aktrisa başına gələn hadisələrdən söhbət açıb:



"İlk səyahətim Avropaya olub. Budapeştə getmişdim. Burada Budanı çox bəyəndim. Tamamilə fərqli şəhərdir, turistlər üçün nəzərdə tutulub. Atdığın hər addımda gülərüzlə qarşılanırsan. Peşt isə çox kasıb, üfunətli yerdir. Orada çoxlu bomjlar və dilənçilər var. Vyanada da olmuşam, qızlarımla getmişdim. O qədər şoular göstərirlər ki... Bir dəfə əyləncəyə getdik, çıxanda qızlarımdan birini itirdim. Güclə tapdım. Amerikada olmuşam. Xəyalımda hər zaman Hollivudu görmək var idi. Amma məyus oldum. Oranı müqayisədə Sumqayıta oxşadıram. Ulduzlar alleyası adi bir yerdir. Las-Veqasa heyran qaldım. Burada hər yer işıqlıdır. Adamı çox təəccübləndirir, cəlb edir. Ən çox görmək istədiyim ölkələr isə İspaniya və Meksikadır”.


 

 

 

 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!