Oksana: “Hindistanda mənə dedilər ki...”

Oksana: “Hindistanda mənə dedilər ki...”
Xəbərlər
10.09.2017 30
Rəqqasə Oksana Rəsulovanın Hindistanda "İndias Best Cine Star Ki Khoj” şousuna qatılması ilə bağlı xəbər vermişdik.



Qadınlar.Biz-in məlumatına görə, Hindistanın ən məşhur kanalı olan "ZEE TV"də hər həftənin şənbə və bazar günləri baş tutan yarışmada Oksana rəqsini nümayiş etdirərək, 2 min iştirakçı içindən seçilən yüz nəfərdən biri olub.



"Space” telekanalında yayımlanan "Hər səhər” verilişinə canlı telefonla bağlanan Oksana müsabiqə haqda bunları deyib:

 

"Uzaqda olsam da, qəlbim vətənim üçün döyünür. Bura işimlə əlaqədar gəldim. Hind rəqsini sevirəm, bunu göstərməyə çalışıram. Hindistanda Azərbaycanın adını tanıtdım. Yarışmada iki min insan içindən seçilən yüz nəfərdən biri oldum. İndi isə 12 iştirakçı finala keçəcək: altısı qız, altısı oğlan. İnşallah, on iki nəfərdən biri olacam. Burada münsiflər məni bəyəndilər. Dedilər, halal olsun sənə ki, Azərbaycandan gəlib, ölkənin adını tanıtdın”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!