Ayan: “Qızımı anama etibar edəcəm” - fotolar

Ayan: “Qızımı anama etibar edəcəm” - fotolar
Xəbərlər
10.09.2017 16
Müğənni Ayan Babakişiyevanın Türkiyədə çalışan qardaşı Samir Babakişiyevin Bakıya gəlişi həmişəki kimi ailəsində bayram əhval-ruhiyyəsi yaradıb.



İşi ilə bağlı Bakıya bir neçə günlük ezam olunan Samir boş zamanını daha çox bacısının balaca qızı Selena ilə keçirir. Qardaşı müğənni bacısı ilə heç zaman dalaşmadığını etiraf etsə də, Ayan ona olan qısqanclığından danışıb.



"Həmişə onun məndən daha savadlı olmasını qısqanırdım. 5 dil bilir” – bunu yarızarafatla deyən Ayan yay istirahətini qardaşı ilə planlaşdırdığını söyləyib:



"Yay istirahətimizi çoxdan düşünmüşük. Gələn ay birlikdə Barselonaya gedirik. Biz ailəlikcə bir-birimizə çox bağlıyıq. Samir demək olar ki hər gün Türkiyədən zəng vurur. İlk soruşduğu da Selena olur. Amma Barselonaya bu dəfə Selenasız getməli olacağıq. Qızımı anama etibar edəcəyəm”.


 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!