Məşhurları izləyən manyaklar - sorğu

Məşhurları izləyən manyaklar - sorğu
Xəbərlər
10.09.2017 16
Hər bir Hollivud ulduzu onları izləyən manyaka sahibdir. Ulduzlar dəfələrlə belə manyakların qurbanı olublar.



Qadınlar.Biz
xarici mətbuata istinadən, manyaklardan əziyyət çəkən Hollivud
ulduzlarının siyahısını və onların başına gələn hadisələri təqdim edir:



Uma
Turman
– Düz iki il onu izləyən bir manyak ucbatından cangüdənlə
gəzməli olub. 35 yaşlı Cek Cordan gecə-gündüz Uma Turmanın evinin
yanında yatır, onu başqa kişi ilə gördüyü halda özünü öldürəcəyi ilə
hədələyirmiş. Nəhayət, Cek polislər tərəfindən tutularaq həbsxanaya
göndərilib.



Pamela Anderson – Evsiz Uilyam Piter nəinki Pamelanı,
hətta onun uşaqlarını da izləyirmiş. Hətta Uilyam bir dəfə gizlincə
Pamelanın yataq otağına girib, ona təcavüz etməyə çalışıb.



Mel
Qibson
– Ən maraqlı manyak Mel Qibsonun qarşısına çıxıb. O neçə illər
aktyorun evinə gələrək, onunla birlikdə dua etməsini istəyib. Zak
Sinkler iki dəfə həbs olunmasına baxmayaraq, yenə də Mel Qibsonu
izləməkdən əl çəkmir.



Cenit Cekson – Roberto Qaprdner adlı şəxs
müğənnini düz 9 il izləyib. Sonda onu əldə edə bilməyəcəyini anladıqda
əlində bıçaq klip çəkilişi zamanı povilyona daxil olaraq, Cenit Ceksonu
öldürməyə çalışıb.



Qvinet Peltrou – 49 yaşlı Dante Soiu gün
ərzində aktrisaya beş məktub, yüzlərlə çiçək və şokoladlar göndərirmiş.
Bundan təngə gələn Peltrou polisə şikayət edir. Araşdırmalar nəticəsində
məlum olur ki, Dante əqli cəhətdən zəifdir.



Maykl Duqlas – Ən
dəhşətli manyak bu aktyorun qarşısına çıxıb. Belə ki, Donet Nayt adlı
şəxs aktyoru keçmiş həyat yoldaşı Ketrin Zeta-Consu doğrayıb, ətini
itinə yedizdirəcəyi ilə hədələyib.



Sandra Ballok - Aktrisanı
izləyən Marsiya Velentayn onun həyat yoldaşından boşanmasını istəyib.
Hətta bir neçə dəfə o, aktrisanın həyat yoldaşını maşınla vurmağa
çalışıb.



Madonna – Robert Hoskins adlı şəxs Madonnanı izlədiyi
üçün 10 il həbsdə yatıb. Robert müğənninin evinə girərək, onunla
evlənməyəcəyi təqdirdə Madonnanın başını kəsəcəyini deyib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!