"Səni atmaq istəmirəm" - Leyla Əliyeva

Xəbərlər
10.09.2017 16
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.



Qadınlar.Biz "Səni atmaq istəmirəm” adlı şeiri oxucuların ixtiyarına verir.



(Я не хочу тебя бросать)



Səni tərk etmək çətin!..-

Mən bunu istəmirəm...

amma atıb gedəcəm

bu səddi yenməliyəm.

Məğlub olmaq üçünmü

Oyun oynadın? – Nədən?!

Bir sual et özünə -

Dərk et bunu dərindən...



Neyçin oyuna girdin?

Ağ bayraqla bitirdin.

Öncədən bilə-bilə,

Sən sonunu yetirdin.

Bunu bilirdin, əlbət,

Amma gözə almadın,

Zəfər ciddi addımdır,

Sən bunu anlamadın.



Yoxdur qalib! – Heç bunu

Gətirmə xəyalına.

Zəfər sözü çox yaddır

Bu oyunun adına...

Həyat elə həyatdır

Filimlərə aldanma

Bəs onda səbəb nədir

Təlaşa, həyacana?..



Gözlərinə baxıram –

Hislər, duyğular labüd...

Sanma gənc ürəkdədir

Bütün şübhə, tərəddüd...

İnanırdın sonunda

Hər şey yaxşı olacaq,

Hər halda gözləyirdin,

İnanmağınsa – nahaq...



Sonun axırı budur,

Belə də olmalıymış..!

Ən sona nöqtə qoyub

Yeni həyat başlamış...

İtirməksə çətindir,

Bunu mən də bilirəm

Çünki özüm bu yolu

Qarış-qarış gəlirəm...



"Bağışla” desəm sənə

Yüngüllük taparsanmı?

Ən duyğulu anında,

İtirdiyini duyub

Köksün üstə sıxdığın

Bu nazik əllərimi

Xahiş eləsəm səndən

Açıb buraxarsanmı?



"Sızıldama, ağlama!” –

Yox, ağlayan deyilsən..!

"Unut, yadından çıxart!” –

Unudan da deyilsən...

Xahiş edirəm, süzmə

Həsrətli gözlərinlə...

Yanaşı olanda da

Təkdin öz aləmində...



Az da olsa, əqlimi,

Başımdan eyləmişdin.

Səni mən Məcnun etdim;

Etirafda gecikdim..?

Lap boynuma alsam da,

günahımı – nə fayda?..

Günahlar silinəcək

gün üfüqdən baxanda...



Sən də qeyb olacaqsan,

Günahlarla birlikdə...

Təlaşlanma, yellənmə

qürubun yedəyində.

Mən sənə "yox!” deyirəm

"Yox” mövcud olmasa da...

Yolasa tək çıxıram

Həyacanlar sarsa da...



Aramızda uçurum –

Dərinliyi bir ümman.

Torpaq tökmə – bitişməz

Heç cəhd etmə, ay oğlan.

Gedirəm, qəzəbliyəm,

Kinim – oddan-alovdan..!

Addımlarımsa kövrək,

Arxasında bir inam...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!