Oksana məşhur yarışmanın finalına keçdi

Oksana məşhur yarışmanın finalına keçdi
Xəbərlər
10.09.2017 7
Rəqqasə Oksana Rəsulovanın Hindistanda məşhur "İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasına qatılması ilə bağlı xəbər vermişdik.



Qadınlar.Biz-in məlumatına görə, min insan içindən ilk yüz nəfər sırasına düşən sənətçi ötən gün baş tutan final seçim turlarında uğurla çıxış edib. Belə ki, Oksana finala vəsiqə qazanan 12 nəfərdən biri olub. O, çıxışının çox bəyənildiyini vurğulayıb:



"Əziz dostlar, məni təbrik edə bilərsiniz. Şounu izləyənlər bilir ki, "İndias Best Cine Star Ki Khoj” yarışmasının finalına çıxdım. Burada sona qalan altı qız və altı oğlan bəlli oldu. Qızların arasındayam... Bundan sonra çox çətindir. Bizim aktyorluq bacarığımızı nümayiş etdirdiyimiz səhnəni izləmək üçün münsif kürsüsündə tanınmış rejissor Anuraq Basu əyləşmişdi. Məni çox bəyəndi. Hər kəsə dəstəyinə görə minnətdarlığımı bildirirəm”.



Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü yayımlanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!