Prodüserdən sərt sözlər: "Elşad, kişi deyilsən"

Prodüserdən sərt sözlər:
Xəbərlər
10.09.2017 3
Qadınlar.Biz milli.az-a istonadən xəbər verir ki, ötən gün reper Elşad Xose şəhidlərimizin ruhuna hörmətsizlik edərək, açıq-saçıq fotosunu İnstaqram səhifəsində paylaşıb. Reperin elə həmin şəklinə görə izləyiciləri sərt tənqid edib. Elşad isə buna cavab olaraq video yerləşdirib və onu tənqid edən hər kəsin anasını söyüb.



Onun bu hərəkətinin əleyhinə çıxan tanınmışlardan biri də prodüser Tolik olub. O, Xose ilə bağlı İnstagram səhifəsində bunları yazıb:



"Bir az olar, Elşadla danışdım, deyir, əsəbiydim, üstümə gəldilər və mən də söydüm. Bir azdan bütün Azərbaycan xalqından üzr istəyəcək".



Daha sonra prodüser həmin paylaşımını silərək bunları əlavə edib: "Sizə qurban olum, mənə zəng edib dedilər ki, o axmaqlıq edib, sən niyə paylaşırsan onun videosunu? Səni ana-bacılar izləyir, niyə onun bu söyüşlərini hamı eşitməlidir? O, payını alıb və Bakıya qayıtdıqda yenə alacaq. Allah böyükdür, onun cəzasını verəcək. Onsuz da verib, xalqın gözündən düşdü".



Prodüser Tolik reper Elşad Xose ilə bağlı İnstagram-dakı profilində daha bir status paylaşıb:



"Elşad, sən bu ölkəyə yalnız ləkə ola bilərsən. Cavan uşaqlara yalnız öz nankorluğunla nümunə ola bilərsən. Kişi də deyilsən. Mən ölkədə öz işimlə tanınıram. Tərtərdə, Horadizdə əsgərlərlə görüşəndə sən harada idin? Sən qurban olasan bu ölkədə hər kəsə! Əsgərin ayağına daş dəyirsə, sənin ürəyinə dəysin! Heç olmasa bir xeyirli əməlini göstər! Sənin kimi kişi olmaqdansa, vallah, Samir Bağırov daha hörmətlidir".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!