Ordumuz hücüma keçdi: 40 erməni hərbçisi məhv edildi - 3 şəhidimiz var

Ordumuz hücüma keçdi: 40 erməni hərbçisi məhv edildi - 3 şəhidimiz var
Xəbərlər
10.09.2017 37

Ordumuz hücüma keçdi: 40 erməni hərbçisi məhv edildi - 3 şəhidimiz var



Erməni silahlı bölmələrinin gizli düşərgəsini aşkarlayan hərbçilərimiz qəfil zərbə ilə düşməni darmadağın ediblər 




Avqustun
1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və
erməni silahlı bölmələri arasında baş vermiş şiddətli toqquşmanın
təfərrüatları bəlli olub.



Avqustun
2-nə keçən gecə Azərbaycan hərbçilərinin Tərtər rayonunun Seysulan
kəndi istiqamətində həyata keçirdikləri preventiv tədbirlər nəticəsində
ərazidə diversiya-təxribat törətməyə hazırlaşan erməni bölmələri məhv
edilib.

Belə
ki, Azərbaycan hərbçiləri erməni silahlı bölmələrinin Seysulan
istiqamətində - səngərdən bir qədər kənarda düşərgə saldıqlarını
aşkarlayıblar.

Düşərgəni
aşkarlayan hərbçilərimiz qəfil hücuma keçərək, erməni xüsusi
təyinatlılarının düşərgədəki 5 çadırını və nəqliyyat vasitələrini məhv
ediblər. Atışmada düşmənin ümumilikdə 40 nəfərə yaxın itki verdiyi
bildirilir. Döyüşdə Azərbaycan Silahlı Qüvvələri də 3 şəhid verib.

Hərbçilərin
sözlərinə görə, ermənilər hazırda həmin istiqamətə aparan bütün yolları
bağlayıblar. Cəbhəyanı erməni kəndlərində təşviş müşahidə olunur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!