Röya həyat yoldaşından boşandı: "Belə məsləhət imiş"

Röya həyat yoldaşından boşandı:
Xəbərlər
10.09.2017 34
Tanınmış müğənni Röya Ayxan həyat yoldaşı Anar Cəlilovdan boşanması ilə bağlı açıqlama verib.



Qadınlar.Biz-in məlumatına görə, lent.az-la əlaqə saxlayan Röya deyib ki, bir müddət əvvəl boşansa da, bunu ictimaiyyətə indi açıqlayır:



"Anarla uzun illər xoşbəxt yaşadıq. Hörmətlə, sevgi ilə və rahatlıqla keçən illərdən övladımız da var. Amma artıq ayrılmışıq. Yenə də aramızda biri-birimizə qarşı hörmət var. Yəqin, belə məsləhət imiş".



Röya hər kəsdən bu qərara hörmət və anlayış tələb edib: "Bu mövzunun müzakirəsini qəti şəkildə istəmirəm. Hər kəsə də müraciət edirəm, sual verib, məni yormayasız. Həyatda hər şey baş verir. Heç kim heç bir hadisədən sığortalanmayıb".скачать dle 11.3
Mənbə: Qadınlar.Co


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!