Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar

Ermənistan əsgərləri 15 yaşlı azərbaycanlı qızı yaraladılar
Xəbərlər
10.09.2017 5
Ermənistan ordusu təmas xəttinin digər istiqamətləri ilə yanaşı, Gədəbəy istiqamətində də ordumuzun mövqelərini və yaşayış məntəqələrini aramsız olaraq atəşə tutmaqdadır.



Qadınlar.Biz Virtualaz.org saytına istinadən verdiyi xəbərinə görə, bu gün günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyeva həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.



Ş.Tağıyevanın valideynlərinin verdiyi məlumata görə, erməni gülləsi 15 yaşlı qızın ayağından dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb və orada ona tibbi yardım edilib. Hazırda yaralı xəstəxanadadır.



Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun "Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır. Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!