"Erməni tərəfi 80 yarali və 71 itki verib" - GENERAL

Xəbərlər
10.09.2017 13
Baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib



Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib.



Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərəv təqdim edib.



"Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib:



"Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib”.



Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.



Allah rəhmət eləsin! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!