Cəbhədə son durum

Cəbhədə son durum
Xəbərlər
10.09.2017 19
Qısa müddətli atəşkəs pozuntuları istisna olmaqla, ötən gecə cəbhədə ermənilərin aktivliyi qeydə alınmayıb.



APA-nın Goranboy rayonunun Gülüstan kəndi istiqamətində ön mövqedə olan əməkdaşının verdiyi məlumata görə, Azərbaycan əsgərləri düşmənin bütün hərəkətlərini nəzarətdə saxlayır.



Düşmən mövqelərindən ön xəttə gələn avtomobil yolu, orada olan bütün hərəkətlər, düşmənin postları tamamilə Azərbaycan hərbçilərinin nəzarəti altındadır. Baş verən dəyişikliklərə tam nəzarət olunur.



Cəbhənin bu istiqamətində düşmənin son diversiya-təxribat cəhdi iyulun 31-dən avqustun 1-nə keçən gecə baş verib.



Ərazinin müdafiəsinə cavabdeh olan hərbi hissənin tabor komandiri Vüsət Xanıyev APA-ya açıqlamasında bildirib ki, hadisə baş verən gecə erməni diversiya qrupu iki istiqamətdə Azərbaycanın ön xətdəki postuna yaxınlaşmasını müşahidə edən hərbçilərimiz onlara cavab atəşi açıblar. Baş verən atışmada Azərbaycan Ordusunun kiçik çavuşu Elvin Əsgərov yaralanıb. Hazırda o, hospitalda müalicə olunur, vəziyyəti yaxşıdır.



Atışma baş verən anlarda taborun ehtiyat qüvvələri köməyə gələrək təxribat qrupunu cavab atəşi ilə geri oturdub. Düşmənin itki verdiyi ehtimalı var. Hazırda vəziyyət tam nəzarətdə saxlanılır.



Bir neçə gün öncə ermənilərin bir hərbçisi Azərbaycan Ordusunun snayperi tərəfindən məhv edilib.



Ötən gün müdafiə naziri Zakir Həsənov ərazidə olub. Düşmənin hücumunun dəf edilməsində qəhrəmanlıq göstərən hərbi qulluqçular nazir tərəfindən medal və qiymətli hədiyyələrlə təltif ediliblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!