Qalx mənim balam, avqustun 15-i nişanın idi axı

Qalx mənim balam, avqustun 15-i nişanın idi axı
Xəbərlər
10.09.2017 19
Nişanına hazırlaşan şəhid Elçin Əhmədov.

Ötən gecə cəbhənin Ağdam-Ağdarə istiqamətində atəşkəsin pozulması nəticəsində qəhrəmancasına şəhid olmuş Elçin Rasim oğlu Əhmədov doğulduğu Qax şəhərində dənf edilib. APA TV-nin məlumatına görə, 25 yaşlı şəhidin cənazəsi günün ikinci yarısında doğulduğu Qax şəhərinə gətirilib, axşam saatlarında Qax şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, xidmət etdiyi hərbi hissənin komandanlığı, döyüş yoldaşları o cümlədən rayon rəhbərliyi və ictimaiyyəti iştirak edib.Şəhid atası Rasim Əhmədov övladının vətən uğrunda canından keçdiyini bu günün onun üçün şərəf günü olduğunu söyləyib. Atası oğlunun hərbi xidmətdən qayıtdıqdan bir neçə ay sonra könüllü olaraq yenidən cəbhə bölgəsinə hərbi xidmətə qayıtdığını və övladıyla söhbətləri zamanı ömrünün sonuna qədər vətən uğrunda xidmət edəcəyini qeyd etmişdi.



Qeyd edək ki, şəhid olan Elçin Əhmədovun avqustun 15-də nişan mərasimi keçiriləcəkdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!