Dəfn olunan 13-cü şəhidin arzusu: "Mübariz kimi..."

Dəfn olunan 13-cü şəhidin arzusu:
Xəbərlər
10.09.2017 8
Cəbhənin Ağdam rayonu istiqamətində şəhid olmuş Biləsuvar sakini Qarayev Anar Vidadi oğlu bu gün səhər saatlarında doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində torpağa tapşırılıb.



Qadınlar.Biz salamnews-a istinadən xəbər verir ki, şəhidin dəfnində xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti iştirak edib. Dəfn mərasimində iştirak edən fəxri qaravul dəstəsi havaya yaylım atəşi açıblar.



Çıxış edən hərbçilər cəmi 4 ayın əsgəri olan Anarın ermənilərin diversiya-təxribat qrupunun hücumu zamanı göstərdiyi qəhrəmanlıqdan söhbət açıblar. Həkimlər hələ 4 ay öncə səhhətində olan müəyyən qüsura görə Anar Qarayevi hərbiyə getməməsi barəsində qərar çıxarsalar da, o, hərbi xidmətə getmək üçün könüllü olaraq ərizə verib.

 

Anar dostları ilə söhbət zamanı daima ən böyük arzusunun Mübariz kimi düşmənə layiqli dərs vermək olduğunu deyirmiş. O, hərbi xidmətinin 4-cü ayında arzusuna çataraq Şəhidlik zirvəsinə ucalıb.



Allah rəhmət etsin!
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!