Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana dəstək

Türkiyə Silahlı Qüvvələrindən Azərbaycana dəstək
Xəbərlər
10.09.2017 17
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin komandanlığı Azərbaycan dəstək olduğunu bəyan edib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən eksklüziv məlumata görə, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri komandanları ərazilərimizin müdafiəsi, Ermənistan Respublikasının silahlı birləşmələrinin, onların kəşfiyyat-təxribat qruplarının Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücumlarının qarşısını alarkən Azərbaycan Ordusunun hərbçilərinin şəhid olması ilə əlaqədar Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova və şəhid olmuş şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verib, yaralı hərbçilərimizə şəfa diləyiblər.



Türkiyə Silahlı Qüvvələrinin komandanlığı eyni zamanda Müdafiə Nazirliyi ilə həmrəy olduqlarını bildirib və Azərbaycana, eləcə də onun Silahlı Qüvvələrinə dəstək olduqlarını ifadə ediblər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!