Ermənistan ordusu cəbhə boyu mövqelərimizi atəşə tutub

Ermənistan ordusu cəbhə boyu mövqelərimizi atəşə tutub
Xəbərlər
10.09.2017 16
Qadınlar.Biz APA-ya istinadən bildirir ki, ötən gecə, təxminən saat 1 radələrindən başlayaraq, Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndindən Çıraqlı kəndini və Azərbaycan ordusunun üzbəüz mövqelərini, o cümlədən, işğal altında olan Şıxlar kəndindən Orta Qərvənd kəndini, həmçinin Azərbaycan ordusunun üzbəüz mövqelərini avtomat və iriçaplı silahlardan atəşə tutub.



Düşmənə bütün hallarda tutarlı cavab verilib.



Erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyindən Trend-ə bildirilir.



Noyemberyan rayonunun Barekamavan, Dovex və Voskevan, İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.



Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Şıxlar, Baş Qərvənd kəndləri, Füzuli rayonunun Horadiz şəhəri, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çiləbürt, Qızıl Oba, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Düşmən cavab atəşi ilə susdurulub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!