Zaur qızına ad günü keçirmədi

Zaur qızına ad günü keçirmədi
Xəbərlər
10.09.2017 19
ATV-nin aparıcısı Zaur və Günay Baxşəliyevlər cütlüyünün qızı Dilavərin 1 yaşı tamam olub.



Qadınlar.Biz-in məlumatına görə, aparıcı əvvəlcədən övladının ad gününü keçirəcəyini desə də, məclisi təxirə salıb. Bu haqda müğənni Xatirə İslam İnstaqram səhifəsində yazıb. O, oğlu Emilin dilindən cütlüyün qızını təbrik edib:



"Zaur şəhid olan qardaşlarımıza görə, ad günü keçirmədi. Amma tezliklə hər şey yaxşı olar və qeyd edərik. Dilavərin ad gününü təbrik edirəm. Allah atalı-analı böyütsün”.



Z.Baxşəliyev isə təşəkkür  edərək, bunları bildirib:



"Canım Emilim, çox sağ ol. Allah səni vətənə, torpağa layiqli övlad kimi böyütsün. Siz böyüyüb, aydın səma altında yaşayın, güllə səsi eşitməyin, anaların göz yaşını görməyin. Biz uşaqlığımızı güllə altında keçirdik, Allah balalarımza bunu göstərməsin. Müharibə olsun deyənlər bilmirlər ki, o dəhşətli hal insanlara nə qüssələr bəxş edir. Allah bir də xalqımıza belə gün göstərməsin”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!