Cəbhə xəttində son vəziyyət: şiddətli atışma başlayıb

Cəbhə xəttində son vəziyyət: şiddətli atışma başlayıb
Xəbərlər
10.09.2017 11
Bu saatlarda Ermənistan silahlı qüvvələri yenidən cəbhədə fəallaşıblar. Anspress-in məlumatına görə, ermənilər Tərtərin işğal altında olan Seyid Sulan kəndindəki mövqeylərindən Azərbaycanın üzbəüz mövqeylərini şiddətli atəşə tutublar.



Bundan başqa, ermənilər Qapanlını da şiddətli atəşə məruz qoyublar.



Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir.



Qeyd edək ki, gecə başlayaraq cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 161 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və  ötən gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Çinari, Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!