Daha iki əsgərimizi itirdik

Daha iki əsgərimizi itirdik
Xəbərlər
10.09.2017 12
Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimiz şəhid olub. Bu barədə əsgərin yaxınları anspress-ə məlumat veriblər. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.



Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyiti bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.



Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.



Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.



Azərbaycan Ordusunda daha bir silahlı insident olub.



APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən "N” saylı hərbi hissəsində qeydə alınıb.



Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.



Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.



Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.



Qeyd edək ki, C. Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!