Azərbaycan ordusu daha bir zabitini itirdi - FOTO

Azərbaycan ordusu daha bir zabitini itirdi - FOTO
Xəbərlər
10.09.2017 15
Jurnalistlərdən kömək istəyən Azərbaycan zabiti vəfat etdi.



Dünən anasının adından Azərbaycan mediasına müraciət edərək, müalicəsi üçün kömək istəyən ağır xəstəliyə tutulmuş mayor Rəşid Nəbi oğlu Məmmədov elə dünən gecə 00 radələrində vəfat edib.



Qadınlar.Biz xəbər verir ki, bu barədə Modern.az saytına mərhum zabitin yaxınları məlumat veriblər.



Mərhum həyat yoldaşı və bir uşağı ilə Göygöl şəhəri Rəsulzadə küçəsində kirayə mənzildə yaşayırdı.



Məmmədovlar ailəsi mərhumun dəfnini rayon mərkəzində təşkil edə bilmədiyindən, cənazəni Əbləh kəndinə apararaq, mərhumun ata evində dəfn ediblər.



Qeyd edək ki, həyatının 20 ilini Azərbaycan Silahlı Qüvvələrində xidmətdə keçirmiş və xidməti dövrünün 80 faizini cəbhə bölgəsində olmuş mayor Rəşid Məmmədov xərçəng xəstəsi idi.



Onun anası Səriyyə Məmmədova oğluna kömək göstərilməsi üçün dünən ölkə mediasına müraciət etmişdi.



Müraciətdə bildirilirdi ki, "N” saylı hərbi hissəsinin mayoru R.Məmmədov 2013-cü ilin sentyabr ayında səhhətində yaranmış problemlə əlaqədar Bakıda Hərbi Hospitalda müayinə keçib və ona mieloma (xərçəng) diaqnozu qoyulub. Hospitalda müayinə kursu keçdikdən sonra dövlət xətti ilə Türkiyənin Gülhanə Hərbi Xəstəxanasına göndərilib. Həmin xəstəxanada 2 aya yaxın müalicə olunsa da, kurs başa çatmamış maliyyə vəsaitinin bitdiyi əsas gətirilərək, geri çağrılıb. "Baxmayaraq ki, kurs tam başa çatdırılmalı və təxminən 1 ay fasilədən sonra ilik köçürmə mərhələsi olmalıymış. Amma Azərbaycan tərəfdən maliyyə vəsaiti ödənilmədi”, - deyə S.Məmmədova bildirmişdi.
 
Allah rəhmət eləsin!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!