Erməni ordusu Tovuz və Qazax istiqamətində atəşkəsi pozub

Erməni ordusu Tovuz və Qazax istiqamətində atəşkəsi pozub
Xəbərlər
10.09.2017 17
Erməni Silahlı Qüvvələrinin birləşmələri təxminən gecə saat 00.00-dan 01.30-dək avtomat və pulemyotlardan istifadə edərək Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutub.



APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, düşmənin bu istiqamətdə atdığı güllələr hətta qonşu Yuxarı Öysüzlü kəndinə də çatıb. Məlumata görə, şiddətli atəş nəticəsində Əlibəyli kəndində bir neçə  evlərin divarları və damları zədələnib.



Düşmən yuxarıda qeyd olunan vaxt intervalında həmçinin Qazax istiqamətində də atəşkəs rejimini pozub. Məlumata görə, Ermənistan ordusu Qazaxın Cəfərli, Bala Cəfərli və digər sərhəd kəndlərini intensiv atəşə tutub. Qazax Rayon İH-nin Cəfərli və Bala Cəfərli kənd icra nümayəndəsi Barat Vəliyevin APA-ya verdiyi xəbərə görə,  ermənilərin şiddətli atəşinə daha çox Bala Cəfərli kəndi məruz qalıb. Düşmənin bu istiqamətdə iriçaplı silahlardan da istifadə etdiyi bildirilir. Kənddə bir neçə evin divarları və damları zədələnib.



Düşmən Azərbaycan ordusunun cavab atəşi ilə cəbhənin bütün istiqamətlərində susdurulub, itkilər barədə məlumat yoxdur.



Hazırda cəbhənin bu Qazax və Tovuz istiqamətində nisbi sakitlik müşahidə edilib.



Cəbhənin Ağdam-Ağdərə istiqamətində də nisbi sakitlik yaranıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!