Əlibəylidə və Ağdamda döyüşlər başladı

Əlibəylidə və Ağdamda döyüşlər başladı
Xəbərlər
10.09.2017 31
Bir saata yaxındır ki, Tovuzun Əlibəyli kəndində döyüş gedir.



Bu haqda informasiyanı Tovuz rayon Əlibəyli həkim məntəqəsinin həkimi Minayə İsmayılova ANS-ə verib.

Onun sözlərinə görə, döyüş bir saat öncə başlayıb. Hazırda kənddə vəziyyət çox gərgindir. Əməlli-başlı döyüş gedir. Hər iki tərəfdən iri çaplı silahlardan atəş açıldığı bildirilir. Cəbhəyə ən yaxın kəndlərdən sayılan Əlibəyli daim düşmən hücumlarına məruz qalır.



Daha bir gülləbaran xəbəri isə Ağdamla bağlıdır.

ANS PRESS-in bölgə müxbirinn verdiyi məlumata görə, ermənilər Ağdamın işğal altında olan Bayramlar kəndindəki mövqelərindən Azərbaycanın üzbəüz mövqelərini şiddətli atəşə tutublar. Ağdamın Çıraqlı kəndi hazırda intensiv atəşə tutulur. Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artilleriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan yoxdur.

Bu dəqiqələrdə tərəflər arasında şiddətli atışma gedir. Düşmən cavab atəşi ilə susdurulur. Xatırladaq ki, az öncə Bayramlar kəndinin azad olunması barədə qeyri-rəsmi məlumat yayılmışdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!