Ali Baş Komandan cəbhədə müşavirə keçirib

Ali Baş Komandan cəbhədə müşavirə keçirib
Xəbərlər
10.09.2017 21
Bu gün prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.



Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı "N” saylı hərbi hissəyə gəlib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib.



Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verib. Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim edib.



Daha sonra prezident İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirilib. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib.



Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!