Validə Abbasova sosial şəbəkədə tənqid olundu - fotolar

Validə Abbasova sosial şəbəkədə tənqid olundu - fotolar
Xəbərlər
10.09.2017 15
Model Validə Abbasova sosial şəbəkədə onun ünvanına sərt sözlər yazanlara cavab verib.



Qadınlar.Biz-in məlumatına görə, şəxsi səhifəsində əyləncəli fotolar paylaşmasını, şəhidlərimizin yasını saxlamamasını qınayanlara model etirazını bildirib:



"Təhqirləri, sərt davranışları təkcə düşməndən yox, ən yaxın insanlarımızdan  da görəndə təəssüflənirəm. Mən sosial şəbəkələrdə şəhidlərimizlə bağlı yazmış, üzüldüyümü söyləmişdim. Əsgərlərimizə dua etdiyimi və onlarla qürur duyduğumu bildirmişəm. İnsanlar məni qınayırlar. Hamı içindəki dərdi tək çəkməlidir. Burada mən şəxsi həyatımla bağlı şəkillər paylaşıram. Əsas şəkil olaraq qara lentli foto qoymuram. Bu nədir, vətənpərvərlik göstəricisi? Bunu qara lent şəkli ilə ölçürük? Mənim üçün vətənpərvərlik odur ki, bu davanı edənlər öz ərlərini, qardaşlarını cəbhəyə göndərsinlər”.



V.Abbasova şəhidlərin ailələrinə başsağlığı da verib:



"Vətənimdə baş verən hadisələrdən xəbərim var. Əminəm ki, prezidentimiz əlindən gələni edəcək. O düşmənə lazımi cavabı sözdə yox, əməldə verəcək. Qorxu kəlməsini dilinizə gətirməyin. Mən qələbəyə inanıram. Şəhidlərimizin isə ruhu şad olsun, Allah rəhmət eləsin!”.



Qeyd edək ki, "Miss millenium”  gözəli hazırda İsveçrədə istirahətdədir.


 

 

 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!