Atəşkəs 128 dəfə pozulub

Atəşkəs 128 dəfə pozulub
Xəbərlər
10.09.2017 2
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 128 dəfə pozulub.



Qadınlar.Biz Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Barekamavan, Dovex, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.



Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Sarıcalı, Kəngərli, Mərzili, Cəvahirli, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Qızıl Oba, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.



Düşmən cavab atəşi ilə susdurulub.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!