Samiraldo: "Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar"

Samiraldo:
Xəbərlər
10.09.2017 3
"Deyə bilmərəm ki, mən də döyüşə gedərəm. Gedə bilmərəm. Yanımda kimsə yaralansa, şəhid olsa, ürəyim partlayar”.



Cəbhə xəttində yaranmış gərginliklə bağlı danışan stilist şou-biznesdən uzaqlaşdığını və yalnız cəbhədə baş verənlərlə maraqlandığını bildirib: "Şou-biznesdən uzaqlaşmışam, artıq məni maraqlandırmırlar. Kimin nə geyindiyi, nə etdiyini izləmirəm. İndi daha böyük dərdimiz var. Allah şəhidlərimizə rəhmət eləsin. Artıq bir həftədir kədər içindəyəm. Yalnız cəbhə ilə bağlı xəbərləri izləyirəm. İki saatdan bir internetə girib xəbərləri oxuyuram, televiziyada cəbhə ilə bağlı süjetləri izləyirəm. Mən ürəyiyumşaq, qəlbiqırıq insanam. Ölü görəndə hönkür-hönkür ağlayıram. Əsgərlikdə olmamışam. Yalandan deyə bilmərəm ki, mən də döyüşə  gedərəm. Yalandan özümü gözə soxmayacam. İnanın ki, sosial şəbəkələrdə şəkil paylaşmağa da utanıram. Dua edirəm ki, hər şey yaxşı olsun, Allah əsgərlərimizi qorusun. Onların səyi nəticəsində biz Azərbaycanda rahat yaşayırıq”.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!