Erməni kəşfiyyatçılar Azərbaycan torpağına keçib

Erməni kəşfiyyatçılar Azərbaycan torpağına keçib
Xəbərlər
10.09.2017 9
"Qardaşının hərbçi olduğunu dedi”



Bu gün Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayon Ağbulaq kəndi ərazisində Ermənistan vətəndaşı saxlanılıb.



Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə saxlanılan şəxs Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Petrosyan Artuş Dalenoviçdir.



Ağbulaq kənd sakini, 1996-cı il təvəllüdlü Quliyev Röyal İsmixan oğlunun APA-ya bildirdiyinə görə, sərhədi keçən ermənini o tutub.



"Evdə yatırdım. Eşitdim ki, həyətdə kimsə anamdan çay istəyir. Çıxdım həyətə. Məni görən kimi erməni işarə ilə məndən siqaret istədi. Dedim ki, səndə siqaret yoxdur, məndən istəyirsən? Cibindən boş qutunu çıxarıb göstərdi. Gördüm ki, siqaret qutusu bizim ölkədə satılan siqaretə oxşamır. Şübhələndim. Tez maşının təkər açarını götürdüm, onu qorxudub, yerə yıxdım. Haradan gəldiyini soruşdum. Elə bil Azərbaycan dilini başa düşürdü. Cavab verdi ki, Çinarlıdan gəlib. Onu tutub kəndin mərkəzinə apardım və hərbçilərə təhvil verdim”, - deyə o bildirib.



R. Quliyev onun 45 yaşı olması barədə deyilənlərin bir qədər şübhəli olduğunu deyib.



Onun çox gənc - təxminən 30-35 yaşlarında olduğunu ehtimal edən R. Quliyev erməninin səliqə ilə geyindiyini, mobil telefonunda silah fotolarının olduğunu da qeyd edib.



"Soruşduqda dedi ki, qardaşı hərbçidir, telefondakı fotolar da onun silahının fotolarıdır”, - deyə  R. Quliyev bildirib.



"Tovuz rayonu istiqamətində 3 erməni Azərbaycan tərəfə keçib. Onlardan ikisi meşədədir".



Bu sözləri anspress-ə açıqlamasında Tovuz Rayon Mehdi Hümbətov adına Ağbulaq kənd tam orta məktəbinin direktoru Nürəddin Zeynalov deyib. O bildirib ki, saxlanılan erməni 35-40 yaşlarında kişi olub:



"Saat 12 radələrində mənə xəbər elədilər ki, erməni tutmuşuq. Gəldim gördüm ki, bir kişi ağacın dibində oturub. Camaatın ələ keçirdiyi erməni mülki şəxsdir. Əsirin özünün dediyinə görə, Çinarlı kənd sakinidir".



Məktəb direktoru bildirib ki, daha iki nəfər erməni sərhədi keçib: "Kənd sakinləri onların meşə tərəfdən gəldiyini görüblər. Sonra mina parlayıb. Bilmədik öldülər, ya qaldılar. Yəqin ki, axşama kimi məlum olar".



Qeyd edək ki, ermənini rayonun Ağbulaq kəndində kənd sakini Məmmədov Pərviz Paşa oğlu tutub. Tutulan erməni 1965-ci il təvəllüdlü Petrosyan Arduş Dalen oğludur. Onun Tovuz Rayon Polisinə təslim edildiyi bildirilir.



Fakt anspress-ə Tovuz Rayon Polis bölməsindən təsdiqlənib.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!