Zabitimiz: "Erməni hərbçilər bizə yalvarırlar"

Zabitimiz:
Xəbərlər
10.09.2017 63
"Erməni hərbçilər Azərbaycan tərəfinə atəşin kəsilməsi barədə yalvarırlar"



Bunu Trend-in cəbhə bölgəsinə ezam olunan əməkdaşına cəbhənin Ağdam istiqamətindəki hərbi hissələrdən birinin zabiti deyib.



Onun sözlərinə görə, son günlər erməni tərəfinin təşvişi müşahidə olunur: "Erməni hərbçilər Azərbaycan tərəfinə rus dilində səslənərək "xahiş edirik, atəşi kəsin" deyə yalvarırlar".



Zabit bildirib ki, atışma əsasən gecə saatlarında - saat 1:00-6:00 arasında olur: "Düşmənin bütün hücum və təxribatlarının qarşısı alınır. Düşmən tərəfi böyük itki versə də, onları gizlədir, düşmən tərəfində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş texnikalar müşahidə olunur".



Digər gizir və zabitlər bildiriblər ki, onlarda ruh yüksəkliyi var, döyüş əzmindədirlər və Ali Baş Komandanın əmrini gözləyirlər.



Onların sözlərinə görə, düşmən o qədər qorxuya düşüb ki, güllələri kor-təbii atır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!