Nazir yaralı hərbçilərə baş çəkib - fotolar

Nazir yaralı hərbçilərə baş çəkib - fotolar
Xəbərlər
10.09.2017 19
Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti ötən həftə düşmənin kəşfiyyat-təxribat qruplarının hücum cəhdinin qarşısının alınması zamanı yaralanmış hərbi qulluqçulara baş çəkmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.



Qadınlar.Biz-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, əvvəlcə nazirliyin rəhbər heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin hospitalın həyətində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.



Sonra Müdafiə naziri hospitalın reanimasiya və ortopediya bölmələrində müalicə olunan yaralı hərbi qulluqçularla görüşüb. Hər bir döyüşçünün sağlamlıq durumu ilə maraqlanan general-polkovnik Zakir Həsənov onlarla söhbət edib, arzu və istəklərini dinləyib.



Müdafiə nazirinə məlumat verilib ki, hazırda yaralılar intensiv müalicə alır və onların həyati təhlükəsi yoxdur. Hərbi qulluqçular göstərilən yüksək diqqət və qayğıya görə nazirə minnətdarlıqlarını bildiriblər. Hazırda səhhətlərinin yaxşı olduqlarını və hərbi tibb kollektivi tərəfindən yüksək qayğı ilə əhatə olunduqlarını söyləyən döyüşçülərimiz tezliklə sağaldıqdan sonra hərbi hissələrinə qayıdacaqlarını və düşmənə qarşı mübarizə ararmaq əzmində olduqlarını ifadə ediblər.



Sonda Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb heyətinə öz tövsiyə və tapşırıqlarını verib.


 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!