"Dostum toya hazırlaşırdı... şəhid oldu..." - FOTOLAR

Xəbərlər
10.09.2017 9
"Kimisi idmanda qalib gələrək bayrağımızı qaldırır. Kimisi digər sahələrdə uğur qazanaraq bayrağımızı ucaldır. Mənim də oğlum Azərbaycan bayrağını qanı ilə ucaltdı".



Bunu Trend-in Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttinə ezam olunmuş əməkdaşına cəbhədə Ermənistan silahlı birləşmələrinin hücumlarını dəf edən zaman Azərbaycan Ordusunun şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçusu Əhmədov Qaryağdının Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan atası Eldar Əhmədov deyib.



E.Əhmədovun sözlərinə görə, o fəxr edir ki, oğlu Vətən uğrunda şəhid olaraq ailəsinin adını uca eləyib: "İndi ermənilərin işğal etdikləri yerləri vaxtilə mən qarış-qarış gəzmişəm. Bir ata kimi sağ qalan iki övladımla bir yerdə Vətən yolunda canımızdan keçməyə hazırıq".



Şəhidin silah yoldaşı və dostu, müddətdən artıq həqiqi hərbi xidmət edən qulluqçu Anar Həsənov Trend-ə bildirib ki, Q.Əhmədov düşmənin snayper gülləsinə tuş gələrək həlak olub. A.Həsənov deyib ki, artıq 5 ildir ki, Qaryağdı ilə Quzanlı qəsəbəsində eyni məhəllədə yaşayırlarmış: "Qaryağdı çox gözəl insan idi. Daim döyüşə can atırdı. Orduya da bu məqsədlə gəlmişdi. Avqustun 1-də torpağa basdırılan gün onun doğum günü idi. Qaryağdının düz 22 yaşı tamam olan gün dəfn olundu. Dostum toya hazırlaşırdı. Cəmi 15 gündən sonra nişanı olacaqdı, amma... şəhid oldu..."



Qeyd edək ki, Qaryağdı Əhmədov iyulun 31-dən avqustun 1-nə keçən gecə erməni kəşfiyyat-təxribat qruplarının Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərərkən düşmən hücumlarının hücumunu dəf edən zaman şəhid olub.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!