“Dörd yanım adam dolu, təklikdən qulaq batır” - Leyla Əliyeva

“Dörd yanım adam dolu, təklikdən qulaq batır” - Leyla Əliyeva
Xəbərlər
10.09.2017 34
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeiri tərcümə edilib.



Qadınlar.Biz Modern.az saytına istinadən "Vaxt” adlı şeiri təqdim edir.



(Время)

Vaxt! Dayan, yalvarıram,

Hara uçursan yenə?

Sənə deyirəm, sənə,

Al məni yedəyinə.

Tələsirsən de, hara?

Böl dərdini mənimlə.

Mən də ürək qızdırıb

Sirlər açaram sənə.



Bu keçdiyin həyatda

Nələr gəlmiş başına?

Heç kəsdən qorxun yoxdur,

Qalmısan özbaşına.

Əzib keçirsən həmən,

Hər nə çıxsa qarşına

Tələsirsən həmişə,

Tələsirsən, de, hara?



Axı səndə nə var ki,

Dünyada oxşarı yox –

Rica edirəm, anlat.

Ruhun – alov püskürür,

Qəlbin – daim narahat...



Bəlkə də bu həyatda

çox az şey bilirəm mən.

Bəzən də düşünrəm:

Allah, nələr bilirəm..!

Baxırsan hər şeyim var,

Ruhumsa itir-batır.

Dörd yanım adam dolu,

Təklikdən qulaq batır...



Gözlərimi bir anlıq

Açmağımı görürəm,

Ətrafa, insanlara

Acıyıram, yanıram.

Başa düşəndə ki, mən,

Özüm də çarəsizəm.

Qalmayır başqa çarəm,

Gözümü tez yumuram...



Həyatı anladıqca,

Bir-bir xırdalayıram.

Teldən incə nə var ki?

Qırmağa güc tapmıram.

Gülüş verib üzümə,

Nəzakət dumanında

Ömrümü yaşayıram...



Ey ulu Vaxt, unutma,

Bu anı, bu balkonu,

o dənizi, gəmini...

Vaxt! Məni burda qoyma,

Hara uçursansa uç,

Götür qanadlarına

uzağa apar məni...



Rus dilindən çevirəni: Mahir Qabiloğluскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!