Azərbaycanlı aktrisa Türkiyədə 3 yeni filmə çəkilir - FOTOLAR

Azərbaycanlı aktrisa Türkiyədə 3 yeni filmə çəkilir - FOTOLAR
Xəbərlər
10.09.2017 35
Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən azərbaycanlı aktrisa Nəzrin Cavadzadə yeni mövsümdə üç müxtəlif ekran işi ilə kinosevərlərin görüşünə gələcək.



Qadınlar.Biz "Hürriyət"ə istinadən xəbərinə görə, aktrisa haqqında xəbərlər türk mediasının əsas gündəminə çevrilib. Belə ki, 1982-ci ildə Bakıda anadan olan Nəzrin noyabrda kənddə yaşayan bir ananın obrazını canlandırdığı, rejissor Qutluğ Atamanın "Quzu", qarşıdakı aylarda isə "Anamın mahnısı", "Son məktub" filmləri ilə ekranlara gələcək.



Qeyd edək ki, 2004-cü ildə Eyton Foksun "Su üzərində gəzinti" filmindəki epizodik rolu ilə tanınan Nəzrin Cavadzadə 11 yaşından Türkiyədə yaşayır. Camal Şanın "Dilbərin səkkiz günü" adlı ekran işi ilə məşhurlaşan N.Cavadzadə "Al yazmalım" serialı ilə yanaşı, bir çox filmlərdə çəkilib.


 

 

 

 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!