Xalq artistimiz danışa bilmir

Xalq artistimiz danışa bilmir
Xəbərlər
10.09.2017 5
Qadinlar.bizin məlumatına görə, R.Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli bildirib ki, xalq artistinin ev şəraitində müalicəsi mümkünsüzdür:



"Hazırda Ramiz bəyin səhhəti normaldır. Evdədir. Həkimlər evə gəlmirlər, elə xəstəxanaya aparıb-gətiririk. Danışa bilmir. Danışanda da fikrini ifadə edə bilmədiyinə görə əsəbləşir. Ona görə də danışmağa qoymuruq. Evdə bizim nəzarətimizdədir. Xəstəxanaya pul vermirik, yalnız dərmanlara pulumuz çıxır. Xərcləri özümüz ödəyirik. Buna görə kiməsə ağız açmayacağıq”.

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi. Bir neçə müddətdir aktyor evə buraxılıb.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!